01 avqust, 23:27
Genius All Star 2025: İzmir şəhərində Zəka və Uğur Dolu Kamp Təcrübəsi
2025-ci ildə Avrasiya Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən Octopus Olimpiadası qalibləri Türkiyənin İzmir şəhərində baş tutan Genius All Star düşərgəsində iştirak etdilər.
Azərbaycanı təmsil edən 9 şagird və 3 müəllimdən ibarət heyət 5 gün ərzində həm əyləncəli, həm də maarifləndirici fəaliyyətlərə qatıldılar. Şagirdlər müxtəlif sahələr üzrə yarışlara qoşularaq bilik və bacarıqlarını nümayiş etdirdilər.
Düşərgənin sonunda keçirilən möhtəşəm bağlanış tədbirində iştirakçılar medal, hədiyyə və sertifikatlarla təltif olundular. Bu, onlar üçün həm unudulmaz təcrübə, həm də böyük motivasiya oldu.
Tədbirin uğurla həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara, müəllimlərimizə və təşkilatçılara dərin təşəkkürümüzü bildiririk!