KGL Contest 2016-ci ildən Beynəlxalq yarışma kimi keçirilir. Yarışma 3 mərhəldən ibarətdir. İlk 2 mərhələ tərəfdaş ölkələrində keçirilir və seçim mərhələsidir. Bu 2 mərhələdən uğurla keçən iştirakçılar Qlobal tədbirdə yarışma hüququ qazanırlar və Qlobal tədbir qaliblərinə I, II, III yerə uyğun olaraq pul mükafatı, medal və sertifikat təqdim olunur. Ümumi bir nəfər isə Qlobal Qalib adlanır və həmin iştirakçıya 1000 $ məbləğində pul mükafatı verilir.
1. Müsabiqə (CEFR) standartlarına uyğun PRE-A1, A1, A2, B1 və B2 olmaqla beş səviyyəyə bölünür.
2. Müsabiqə iştirakçıları yalnız 1 səviyyədə yarışmağı seçə bilərlər.
3. Müsabiqə iştirakçıları I-XI siniflər arasında olmalıdır və ana dili ingilis dili olmamalıdır.
4. Müsabiqə iştirakçıları valideynlərindən/qəyyumlarından icazə almalı və müsabiqə qaydalarını qəbul etməlidirlər.
5. Bütün müsabiqə iştirakçıları İngilis dili Olimpiadasında iştirak sertifikatı alacaqlar.
6. Müsabiqənin ikinci turunda A1 - B2 səviyyələrində **PRE A1 səviyyəsi istisna olmaqla** Milli qalib Qlobal Tədbirdə mədəni mübadilə fəaliyyətlərində iştirak etmək və qlobal raundda yarışmaq üçün seçim hüququ qazanacaq (Mərhələ 3) .
Qeyd:
- Öncəki illərdə KGL müsabiqəsində iştirak etmiş iştirakçılar eyni səviyyə üzrə müraciət edə bilməzlər, lakin daha yüksək səviyyə üçün müraciət edə bilərlər.
- Zəhmət olmasa bütün təfərrüatları, xüsusən də adınızın yazılışını və daxil edilmiş səviyyəni diqqətlə yoxlayın. Təqdim edildikdən sonra təfərrüatlar heç bir halda dəyişdirilə bilməz.
- Müsabiqə iştirakçıları faktiki səviyyəyə uyğun olaraq səhv CEFR səviyyəsini seçərsə və göstərilən şərtlərə uyğun gəlmirsə, müsabiqə iştirakçıları dərhal diskalifikasiya ediləcək və müsabiqənin qeydiyyat haqqı heç bir halda geri qaytarıla bilməz.
Müsabiqə tarixləri:
- Mərhələ 1: 14 Fevral 2026-cı il
- Mərhələ 2: 14 Mart 2026-cı il
1- ci mərhələdə suallar oxuma anlama üzrədir. 1-ci mərhələnin sınaq testləri saytımızda mövcuddur.
Testlər üçün linkə daxil olun:
Practice Test
1- ci mərhələdə ən yüksək nəticə göstərən 20% iştirakçı 2-ci mərhələyə keçid alır.
2- ci mərhələdə suallar " oxuma - anlama, dinləmə və esse"-dən ibarətdir.
Esse yalnız eyni nəticə toplayan iştirakçılar üçün yoxlanılır.
Global mərhələdə iştirak etmək üçün finalist sayı iştirakçı sayından aslıdır. Ən yüksək nəticə göstərən iştirakçı final mərhələdə iştirak hüququ qazanır.
Qeyd: Cavablar 1 ay sonra açıqlanır və nəticələr şəxsi kabinetinizdə yerləşdiriləcək və sizə qısa sms vasitəsi ilə məlumat göndəriləcək.
Mərhələ 3: Qlobal raund: Avropada yekun müsabiqə və mədəni mübadilə tədbiri (Qlobal Tədbir). Qlobal Tədbir 2025 ci ildə 2-4 Oktyabr tarixində Yunanıstanda keçiriləcək.
Əlavə məlumat üçün əlaqə saxlayın: 055 387 00 06