Diqqət!
Qeydiyyatdan keçməzdən öncə qeydiyyat şərtləri ilə tanış olub,
Şərtləri oxudum və qəbul edirəm xanasına işarə qoyun


📝 KGL İngilis Dili Olimpiadası – Qeydiyyat və İmtahan Təlimatları

1. Ad və soyad
    •    AD VƏ SOYAD bölməsinə adınızı və soyadınızı ingilis dilində qeyd edin.
    •    Sertifikatda adınız bu hissəyə yazıldığı kimi görünəcək.

2. Doğum tarixi
    •    Təvəllüdünüzü diqqətlə qeyd edin.
    •    Doğum tarixini səhv qeyd etdiyiniz halda, qalib olsa da, şəxsiyyət vəsiqəsindəki tarixlə uyğun gəlmirsə, müsabiqədən kənarlaşdırılacaqsınız.

3. Telefon nömrəsi
    •    Telefon nömrəsinin doğruluğundan əmin olun.
    •    Ödənişdən sonra qeyd etdiyiniz nömrəyə qeydiyyatla bağlı SMS göndəriləcək.
    •    Şəxsi kabinetə yalnız qeyd etdiyiniz nömrə ilə daxil olmaq mümkündür.
    •    İmtahanla bağlı bütün yeniliklər qısa SMS vasitəsilə göndəriləcək.
    •    Yarışma ilə əlaqədar yenilik və məlumatlardan xəbərdar olmaq üçün +994 55 387 00 06 nömrəsinə yazaraq qrupa qoşa bilərsiniz.


4. Şəxsi kabinet
    •    Əgər əvvəlki illərdə şəxsi kabinetiniz varsa, yenidən açmağa ehtiyac yoxdur.
    •    Şəxsi kabinetə daxil olaraq müvafiq Olimpiadaya qeydiyyatdan keçə bilərsiniz.
    •    İmtahanda iştirak edə biləcək şagirdlər 1-ci – 11-ci siniflərdir.


5. Səviyyələr və yaş məhdudiyyətləri
    •    Olimpiadada 5 səviyyə üzrə iştirak mümkündür:
    •    Pre-A1
    •    A1
    •    A2
    •    B1
    •    B2
    •    Əgər iştirakçı əvvəlki illərdə KGL Olimpiadasında iştirak etmiş və ikinci mərhələyə keçibsə, həmin səviyyəni yenidən və ya daha aşağı səviyyəni seçə bilməz.
    •    Əgər iştirakçı əvvəlki illərdə KGL Olimpiadasında iştirak etmiş, lakin ikinci mərhələyə keçməmişdirsə, eyni səviyyə üzrə bu il yenidən iştirak edə bilər.
    •    Final mərhələ Pre-A1 səviyyəsinə şamil olunmur.


6. İmtahan mərhələləri

Discovery Round
    •    Tarix: 14 fevral
    •    Sual sayı: Pre-A1 – 35 sual; digər səviyyələr – 40 sual
    •    Fokus: Oxuma və anlama
    •    Maksimum bal: 100

National Round
    •    Tarix: 14 mart
    •    Sual sayı: Pre-A1 – 35 sual; digər səviyyələr – 40 sual
    •    Fokus: Oxuma, anlama, dinləmə, yazı
    •    Maksimum bal: 120 (100 test + 20 writing)
    •    Qeyd: Writing bölməsi yalnız eyni bal toplayan iştirakçılar arasında qalibi seçmək üçün yoxlanılır. Digər iştirakçılar üçün yazı bölməsi qiymətləndirilməyəcək.
    •    İmtahan keçiriləcək şəhərlər: Bakı, Sumqayıt, Gəncə
    •    Nəticələrin açıqlanması: İmtahandan 1 ay sonra
    •    Kitabçalar verilmir; imtahanda yalnız bal nəticəsinizi görə bilərsiniz.


7. Beynəlxalq mərhələ və mükafatlar
    •    Olimpiada 40-a yaxın ölkədə keçirilir.
    •    Global tədbir iştirakçısı qaliblər arasından ən yüksək bal toplayan iştirakçılar arasından seçilir.( Global mərhələdə iştirak edəcək finalist sayı yarışmada iştirak edən şagird sayından aslıdır. 
    •    Əgər qaliblərdən hər hansı biri iştirakdan imtina edərsə, növbəti yüksək bal toplayan iştirakçı tədbirə dəvət olunur.
    •    Global mərhələdə iştirak həm iştirakçı, həm müəllim üçün ödənişsizdir (yol pulu və viza xərcləri istisna olmaqla).

Pul mükafatları:
    •    1-ci yer: 500 USD
    •    2-ci yer: 250 USD
    •    3-cü yer: 150 USD
    •    Finalistlər arasında ən yüksək bal toplayan iştirakçı: 1000 USD
    •    National Round qalibləri: Medal, sertifikat və həvəsləndirici hədiyyələrlə təltif olunur.
    •    Yarışmada iştirak edən hər kəs sertifikat əldə edir, sertifikatlar şəxsi kabinetdə yerləşdirilir.

Final mərhələ: 1-3 oktyabr 2026, Selanik Yunanıstan


8. Qiymətləndirmə və standartlar
    •    Olimpiada CEFR (Common European Framework of Reference) standartlarına uyğun olaraq şagirdlərin biliklərini qiymətləndirir.


9. Geri ödəmə və Fors Major
    •    Ödənişlər geri qaytarılmır.
    •    Ödəniş yalnız aşağıdakı hallarda başqa imtahanla əvəz oluna bilər:
    1.    Sağlamlıq problemləri (həkim arayışı tələb olunur)
    2.    Fors Major halları (təbii fəlakət, fövqəladə vəziyyət, pandemiya və s.)


Son qeydiyyat tarixi: 25 yanvar 2026

Zəhmət olmasa bütün təfərrüatları, xüsusən də adınızın yazılışını və daxil edilmiş səviyyəni diqqətlə yoxlayın. Təqdim edildikdən sonra təfərrüatlar heç bir halda dəyişdirilə bilməz

Əlaqə nömrəsi: 055 387 00 06

Whatsapp Qrupuna daxil olmaq üçün bura klikləyin