Diqqət!
Qeydiyyatdan keçməzdən öncə qeydiyyat şərtləri ilə tanış olub,
Şərtləri oxudum və qəbul edirəm xanasına işarə qoyun
📝 KGL İngilis Dili Olimpiadası – Qeydiyyat və İmtahan Təlimatları
1. Ad və soyad
• AD VƏ SOYAD bölməsinə adınızı və soyadınızı ingilis dilində qeyd edin.
• Sertifikatda adınız bu hissəyə yazıldığı kimi görünəcək.
2. Doğum tarixi
• Təvəllüdünüzü diqqətlə qeyd edin.
• Doğum tarixini səhv qeyd etdiyiniz halda, qalib olsa da, şəxsiyyət vəsiqəsindəki tarixlə uyğun gəlmirsə, müsabiqədən kənarlaşdırılacaqsınız.
3. Telefon nömrəsi
• Telefon nömrəsinin doğruluğundan əmin olun.
• Ödənişdən sonra qeyd etdiyiniz nömrəyə qeydiyyatla bağlı SMS göndəriləcək.
• Şəxsi kabinetə yalnız qeyd etdiyiniz nömrə ilə daxil olmaq mümkündür.
• İmtahanla bağlı bütün yeniliklər qısa SMS vasitəsilə göndəriləcək.
• Yarışma ilə əlaqədar yenilik və məlumatlardan xəbərdar olmaq üçün +994 55 387 00 06 nömrəsinə yazaraq qrupa qoşa bilərsiniz.
4. Şəxsi kabinet
• Əgər əvvəlki illərdə şəxsi kabinetiniz varsa, yenidən açmağa ehtiyac yoxdur.
• Şəxsi kabinetə daxil olaraq müvafiq Olimpiadaya qeydiyyatdan keçə bilərsiniz.
• İmtahanda iştirak edə biləcək şagirdlər 1-ci – 11-ci siniflərdir.
5. Səviyyələr və yaş məhdudiyyətləri
• Olimpiadada 5 səviyyə üzrə iştirak mümkündür:
• Pre-A1
• A1
• A2
• B1
• B2
• Əgər iştirakçı əvvəlki illərdə KGL Olimpiadasında iştirak etmiş və ikinci mərhələyə keçibsə, həmin səviyyəni yenidən və ya daha aşağı səviyyəni seçə bilməz.
• Əgər iştirakçı əvvəlki illərdə KGL Olimpiadasında iştirak etmiş, lakin ikinci mərhələyə keçməmişdirsə, eyni səviyyə üzrə bu il yenidən iştirak edə bilər.
• Final mərhələ Pre-A1 səviyyəsinə şamil olunmur.
6. İmtahan mərhələləri
Discovery Round
• Tarix: 14 fevral
• Sual sayı: Pre-A1 – 35 sual; digər səviyyələr – 40 sual
• Fokus: Oxuma və anlama
• Maksimum bal: 100
National Round
• Tarix: 14 mart
• Sual sayı: Pre-A1 – 35 sual; digər səviyyələr – 40 sual
• Fokus: Oxuma, anlama, dinləmə, yazı
• Maksimum bal: 120 (100 test + 20 writing)
• Qeyd: Writing bölməsi yalnız eyni bal toplayan iştirakçılar arasında qalibi seçmək üçün yoxlanılır. Digər iştirakçılar üçün yazı bölməsi qiymətləndirilməyəcək.
• İmtahan keçiriləcək şəhərlər: Bakı, Sumqayıt, Gəncə
• Nəticələrin açıqlanması: İmtahandan 1 ay sonra
• Kitabçalar verilmir; imtahanda yalnız bal nəticəsinizi görə bilərsiniz.
7. Beynəlxalq mərhələ və mükafatlar
• Olimpiada 40-a yaxın ölkədə keçirilir.
• Global tədbir iştirakçısı qaliblər arasından ən yüksək bal toplayan iştirakçılar arasından seçilir.( Global mərhələdə iştirak edəcək finalist sayı yarışmada iştirak edən şagird sayından aslıdır.
• Əgər qaliblərdən hər hansı biri iştirakdan imtina edərsə, növbəti yüksək bal toplayan iştirakçı tədbirə dəvət olunur.
• Global mərhələdə iştirak həm iştirakçı, həm müəllim üçün ödənişsizdir (yol pulu və viza xərcləri istisna olmaqla).
Pul mükafatları:
• 1-ci yer: 500 USD
• 2-ci yer: 250 USD
• 3-cü yer: 150 USD
• Finalistlər arasında ən yüksək bal toplayan iştirakçı: 1000 USD
• National Round qalibləri: Medal, sertifikat və həvəsləndirici hədiyyələrlə təltif olunur.
• Yarışmada iştirak edən hər kəs sertifikat əldə edir, sertifikatlar şəxsi kabinetdə yerləşdirilir.
Final mərhələ: 1-3 oktyabr 2026, Selanik Yunanıstan
8. Qiymətləndirmə və standartlar
• Olimpiada CEFR (Common European Framework of Reference) standartlarına uyğun olaraq şagirdlərin biliklərini qiymətləndirir.
9. Geri ödəmə və Fors Major
• Ödənişlər geri qaytarılmır.
• Ödəniş yalnız aşağıdakı hallarda başqa imtahanla əvəz oluna bilər:
1. Sağlamlıq problemləri (həkim arayışı tələb olunur)
2. Fors Major halları (təbii fəlakət, fövqəladə vəziyyət, pandemiya və s.)
Son qeydiyyat tarixi: 25 yanvar 2026
Zəhmət olmasa bütün təfərrüatları, xüsusən də adınızın yazılışını və daxil edilmiş səviyyəni diqqətlə yoxlayın. Təqdim edildikdən sonra təfərrüatlar heç bir halda dəyişdirilə bilməz
Əlaqə nömrəsi: 055 387 00 06
Whatsapp Qrupuna daxil olmaq üçün bura klikləyin