Kgl Contest Təltifetmə Mərasimi 2022
06 avqust, 18:30

06.08.2022 -ci il tarixində Hilton otelde "KGL Beynəlxalq İngilis dili yarışması" nın Təltifetmə mərasimi keçirildi. Tədbir "Avrasiya Tədris Mərkəzinin" təşkilatçılığı ilə baş tutdu. "KANGAROO GLOBAL LİNGUİSTİC" OLİMPİADASININ AZƏRBAYCANDAKI RƏSMİ TƏRAFDAŞI VƏ TƏŞKİLATÇISI "AVRASİYA TƏDRİS MƏRKƏZİ" DİR.

Tədbirə iştirakçılarla yanaşı təhsil işçiləri də dəvət olunmuşdu. 1,2,3-cü yerə, fərqlənmə göstərən iştirakçılara uyğun medallar, sertifikatlar qonaqlar tərəfindən təqdim olundu. Pre-A1 səviyyəsi üzrə 1, 2, 3 -cü yerə uyğun pul mükafatı, 1-ci yerin sahiblərinin təhsil aldığı məktəblərə təşəkkür plaketi təqdim edildi. Bundan əlavə digər iştirakçılara həvəsləndirici sertifikatlar təqdim olundu.