KGL Contest 2023 I Mərhələ
12 fevral, 12:16

11 Fevral 2023-cü il tarixində Hilton oteldə KGL BEYNƏLXALQ İNGİLİS DİLİ OLİMPİADASININ I mərhələsi keçirildi. Yarışmada 500 nəfər qeydiyyatdan keçmişdir.

Müsabiqə müddəti:

Pre A1 - 45 dəq.
A1, A2, B1, B2 - 60 dəq.

I mərhələ oxuma-anlama suallarından ibarət idi.
PreA1 - 35 sual
A1, A2, B1, B2 - 40 sual

Nəticələr müsabiqə bitdikdən 3 həftə sonra açıqlanacaq.
Nəticələri www.kglcontest.az səhifəsinə daxil olaraq "candidate number" hissəsinə buraxılış vərəqində qeyd olunmuş iş nömrəsini daxil edərək öyrənə bilərsiniz.
Yalnız "qualified for stage II" yazılan iştirakçılar II mərhələdə iştirak etmək hüququ qazanır.
Olimpiadada iştirak edən hər kəsə sertifikat təqdim olunacaq.

Qeyd edək ki, bu il 2-ci dəfə keçirilən Olimpiadanın II mərhələsi 11 mart tarixində Hilton oteldə keçiriləcək

II mərhələyə hər səviyyə üzrə iştirakçı sayının 20% i keçir.
Səviyyələr üzrə keçid balları iştirakçıların göstərdiyi nəticəyə əsasən hesablanır.

II mərhələdə ən yüksək nəticə göstərən yalnız 2 finalist və müəllimi " Global Tədbirdə" iştirak etmək hüququ qazanır.

İnsta və facebook səhifələrimizdən də bizi izləyərək yeniliklərdən xəbardar ola bilərsiniz.

Hər bir iştirakçıya uğurlar arzulayırıq

#kglcontest2022 #kglcontest2023 #englishlearners #englishcontest #exam #ita #hiltonbaku