KGL Contest Təltifetmə Mərasimi 2023
17 iyun, 21:05

Avrasiya Tədris Mərkəzinin təşkilatçılığı və sponsorluğu ilə keçirilən KGL Beynəlxalq Dil Yarışmasının (KANGAROO GLOBAL LİNGUİSTİC) Azərbaycan mərhələsi başa çatıb.

İngilis dili olimpiadasının təltifetmə mərasimi İBİS oteldə baş tutub. Tədbirdə KGL Beynəlxalq Dil Yarışması barəsində geniş məlumat verilib.

Bildirilib ki, yarışma şagirdlər və müəllimlər arasında böyük marağa səbəb olub. Azərbaycanda 2-ci il keçirilməsinə baxmayaraq bir çox məktəb və tədris mərkəzləri şagirdlərinin Olimpiadada iştirakı üçün müraciət edib. Şagirdlərinin yüksək nəticəsi münasibəti ilə məktəb və tədris mərkəzləri Təşəkkürnamə plaketi və sertifikat ilə təltif olunub.

Daha sonra yarışmada yer tutmuş şəxslər diplom və sertifikatla mükafatlandırılıb. Ümumilikdə yarışmada 36 medal ( 15 medal I,II,III yer üzrə və 21 medal fərqlənmə), I,II,III yerə uyğun, fərqlənmə və uğura görə sertifikat təqdim olunub. I,II,III yer sahiblərinə medal, sertifikat, hədiyyə bundan əlavə finalistlərin məktəblərinə təşəkkürnamə plaketi, Pre-A1 səviyyəsinə I,II,III yerə uyğun olaraq pul mükafatı təqdim edilib.

Qeyd edək ki, yarışmanın qalibləri A2 səviyyəsi üzrə Zeynəb Əyyublu və Fatimə Abdurəhmanova bu il Yunanıstanda keçiriləcək Olimpiadanın final mərhələsində iştirak hüququ qazanıb. Qaliblər və müəllimləri 6-9 oktyabr tarixində xərcləri KGL Contest tərəfindən qarşılanan Global Tədbirin keçiriləcəyi Selanikə yola düşəcəklər.

Yarışmanı daha yaxından izləyin:

Rəsmi veb sayt: www.kglcontest.az

Facebook: @kglcontest.az

Instagram: @kglcontest.az