KGL Contest Qlobal Tədbir 2023
06 noyabr, 21:18

KGL (Kangaroo Global Linguistic) Beynəlxalq dil yarışması, İrlandiyanın Dublin şəhərində yerləşən "International Testing Authority" Beynəlxalq İmtahan Mərkəzi tərəfində 30-dan çox ölkədə keçirilən İngilis dili yarışmasıdır.

Olimpiadanın Azərbaycandakı ölkə təmsilçisi Abuşova Elnarədir (Avrasiya Tədris Mərkəzinin təsisçisi).

Azərbaycanda bu il 2-ci dəfə keçirilən yarışma 3 mərhələdən ibarətdir və bu il ilk mərhələsi 11 fevral tarixində, II mərhələsi 11 mart tarixində Hilton oteldə keçirilib. III mərhələ isə hər il fərqli ölkədə keçirilir. Bu il 06-09 oktyabrda Yunanıstanda keçiriləcək.

CEFR standartlarına uyğun olaraq 7-17 yaş arası məktəblilər üçün nəzərdə tutulan yarışma 5 səviyyədən ibarətdir: PRE-A1, A1, A2, B1, B2. PRE-A1 istisna olmaqla digər səviyyələrdə olan qaliblər Global tədbirdə iştirak etmə hüququnu qazanırlar. Yarışmada iştirak edən iştirakçı sayından asılı olaraq Global tədbirdə ölkəni təmsil edən qaliblərin sayı dəyişir.

Global tədbirdə qalib olan iştirakçılara I, II, III yerə uyğun olaraq pul mükafatı, medal, sertifikat təqdim olunur. PRE-A1 qalibləri isə KGL yarışmasının Azərbaycan təmsilçisi tərəfindən pul mükafatı, medal, sertifikatla təltif olunur. Ümumi 500 şagirdin iştirak etdiyi yarışmada hər iştirakçıya sertifikat, qaliblərə isə medal, sertifikat və s. mükafatlar təqdim olunur.

Yarışmanın əsas məqsədi gənclərimizi İngilis dilini inkişaf etdirməyə həvəsləndirmək, onları müxtəlif ölkələrdə olan həmyaşıdları ilə ünsiyyət saxlamaq imkanı yaratmaqdır.

Azərbaycanı təmsil edən qaliblərimiz və müəllim heyəti 06-09 oktyabr tarixlərində Global Tədbirin keçiriləcəyi Selanik şəhərinə yola salınacaq. Qaliblər və müəllimlərin həmin tarixlərdəki xərcləri (bilet pulu və şəxsi xərclərdən başqa) KGL Contest tərəfindən qarşılanır.

Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının 9-cu sinif şagirdi Fatimə Abdurahmanova B1 səviyyəsi üzrə 1-ci yerin qalibi olmuşdur. Həmin səviyyə üzrə ümumi olaraq 111 nəfərin qatıldığı və 24 nəfərin 2-ci mərhələyə keçdiyi yarışmada 120 bal üzərindən 106 bal toplayaraq 1-ci yerə layiq görülmüşdür.

Şagirdiniz Fatimə Abdurahmanova və müəllimi Şəhla Rəhmanova yuxarıda qeyd olunan tarixlərdə Global Tədbirdə iştirak etmə hüququnu qazanmışdır.